Komitə sədri: `Autizmli xəstələrin dövlət qayğısına ehtiyacı var`
30.03.2017 596 0.0 0

Azərbaycanda autizm xəstələrinin problemləri ilə əlaqədar Milli Məclisin səhiyyə komitəsi və Səhiyyə Nazirliyi arasında müzakirələrin aparılması və problemlərdən çıxış yolunun tapılması nəzərdə tutulur.
 
Məlumata görə, bunu bu gün Milli Məclisinin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov bildirib.
 
Ə. Əmiraslanov qeyd edib ki, autizm patalogiyadır, bu xəstələrin dövlətin qayğısına ehtiyac var: “Biz Səhiyyə Nazirliyi ilə bu məsələni müzakirə etməliyik”.
 
İclasda millət vəkili Qənirə Paşayeva autizm xəstələrinin ciddi problemlərinin olduğunu bildirib. Millət vəkili qeyd edib ki, həmin xəstəliklə bağlı hər hansı dövlət proqramı yoxdur, bu insanlar tamamilə diqqətdən kənarda qalıb: “Bu insanların müalicəsi ilə məşğul olan yaxşı mütəxəssislərimiz də yoxdur. Bununla bağlı autizmli xəstələrlə bağlı cəmiyyətlər də bizə müraciət ediblər”. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar