Kişilərin diqqətinə! Hər gün 70 qr qoz yeyin
11.01.2016 1321 2.0 0

Təxminən 40% hallarda ailədə sonsuzluğun səbəbi kişi sonsuzluğu olur.

Kişidə dolyaratma qabiliyyəti bir çox faktorlardan, o cümlədən spermanın keyfiyyətindən asılıdır.

Spermada kifayət qədər sağlam, normal, hərəkətli spermatozoidlər olmalıdır. Yalnız bu halda mayalanma baş tuta bilər. 
İlgiltərədə aparılan xüsusi araşdırmalar nəticəsində məlum olub ki, 12 həftə ərzində hər gün 70 qr qoz yeyən kişilərdə spermanın əsas göstəricilərdə xeyli yaxşılaşma müşahidə olunub. 
Zdorovieinfo xəbər verir ki, araşdırmada 117 nəfər 21-35 yaşlar arası kişilər iştirak edib. Kişilərin yarısı adi qaydada qidalanırdı və qoz yemirdi, yarısı isə hər gün 70 qr qoz yeyirdi. Kişilər araşdırmadan əvvəl və eksperiment qurtardıqdan sonra sperma analizini veriblər. Nəticədə spermanın keyfiyyətinin yaxşılaşması qeydə alınıb. Xüsusilə yaxşılaşma tədqiqatdan əvvəl sperma göstəriciləri çox aşağı olan kişilərdə müşahidə olunub. 
Alınmış nəticələr sübut edir ki, sonsuzluqdan əziyyət çəkən kişilər öz rasionuna xüsusi diqqət yetirməlidir. Qidalanma kişinin dölyaratma qabiliyyətinə ciddi təsir edir./saglamolun.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar