İTƏN İNDONEZİYA TƏYYARƏSİNDƏN XƏBƏR VAR (FOTOLAR)
30.12.2014 874 0.0 0

Qazeta.info bildirir ki, İndoneziyanın Surabaya Adasında Sinqapura gedərkən bazar günü itən AirAsia təyyarəsini tapmaq üçün davam etdirilən axtarış işləri əsnasında Java dənizində üzən parçalara rast gəlinib.

İndoneziya Hava Qüvvələri sözçüsü Agus Dvi Putranto, Borneo adası sahillərindəki Java dənizində 10 böyük parça və çox sayda kiçik əşyanın olduğunu açıqladı.

Putranto, "Böyük olanlar, can qurtaran gödəkçələri və təyyarə parçalarına bənzəyir. Bu an üçün qəti bir şey söyləmək çox çətindir. Işlərimiz davam edir" dedi.

İndoneziya Axtarış Qurtarma Birliyinin yetkilisi Yusuf Latif də obyektlərin olduğu bölgəyə bir təyyarə göndərildiyini açıqlayıb.

İndoneziya Hava Qüvvələri Pilot Leytenant Tri Prabowo isə "Dənizdə obyektlərin xaricində bir insan bədəni gördüm. Əvvəl üzdüyünü sandım. Daha sonra radardan aldığım fotoşəkilləri kompüterdə incələyincə dalğalar arasında üzən adamın bədəninin şişmiş olduğunu gördüm. Cəsədin qurbanlardan birinə aid olduğunu düşünürəm" deyə bildirib.

Bu arada axtarış işlərinin davam etdirildiyi bölgədəki Long adasında yüksələn duman, qrupları həyəcana təbili verməyə məcbur edib. Çinli jurnalistlər tərəfindən görülən tüstünün haradan gəldiyinin müəyyənləşdirilməsi üçün bölgəyə axtarış qrupları göndərildi.

Malayziya, Sinqapur və Avstraliyanın da dəstək verdiyi axtarış işləri, quruda və dənizdəki 13 bölgəni əhatə edəcək şəkildə genişlənmişdir. İşlərə 30 gəmi, 15 təyyarə və 7 vertolyot qatılır.

ABŞ, USS Sampson destroyerinə bölgəyə göndərib. Cənubi Koreya, Tayland, Çin və Fransa da axtarış işlərinə dəstək verəcəklərini açıqladı.

Xatırladaq ki, AirAsiaya aid  A320-200 Təyyarə , 162 adamla İndoneziyanın Surabaya Adasında Sinqapura gedərkən bazar günü itmişdi. Təyyarənin pilotu, qüllə ilə son çıxışında pis hava şərtləri səbəbiylə rotasını dəyişdirmək üçün icazə istəmişdi. Qüllə, təyyarənin sola dönməsini təsdiqləmişdi. Təyyarə, daha sonra radardan itmişdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar