YAXIN GƏLƏCƏKDƏ NEFTİN QİYMƏT 40 DOLLARDAN AŞAĞI OLA BİLƏR
08.01.2015 852 0.0 0

 Yaxın gələcəkdə Brent markalı neftin 1 barrelinin qiyməti 40 dollardan aşağı düşə bilər.

 

 “Reuters”-in verdiyi xəbərə görə, bu barədə “Bank of America Merrill Lynch”in məlumatında bildirilir.

 

Bankın analitikləri hesab edir ki, Brent markalı neftin qiyməti 40 dollardan aşağı düşərsə, yaranmış vəziyyət “qara qızıl” ixracatı ilə məşğul olan ölkələrə, o cümlədən Səudiyyə Ərəbistanına hasilatı azaltmaqdan başqa bir çıxış yolu qoymur.

 

Bankirlər fikrincə, yaxın perspektivdə WTI markalı neftin 1 barelinin qiyməti 35 dollara qədər enə bilər.

 

“Bundan sonra neft hasilatını ya Səudiyyə Ərəbistanı, ya da OPEC-ə üzv olmayan ölkələr azaltmalı olacaq”, - deyə bankın analitik qrupu bildirir.

 

Qeyd edək ki, yanvarın 7-də Brent markalı neftin 1 barelinin qiyməti 2009-cu ilin may ayından etibarən ilk dəfə olaraq 50 dollardan aşağı düşərək, 49,66 dollar olub.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar