Kim Çen In barədə tənqidi yazıya görə KXDR vətəndaşlarından əlyazma nümunələri götürülüb
07.01.2022 256 0.0 0

KXDR hakimiyyəti şəhərin küçələrindən birində ölkə rəhbəri Kim Çen Inın ünvanına tənqidi yazıdan sonra vətəndaşlardan əlyazma nümunələri tələb edib.

LADBible-yə istinadən xəbər verilir ki, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin plenar iclasının iclası zamanı Pxenyanın nüfuzlu rayonlarından birində divara tənqidi sözlər yazılıb. Dekabrın 22-də qraffiti aşkar edildikdən sonra yerli hakimiyyət həmin yazını götürüb və ərazini mühasirəyə alıb.

Divarda "Kim Cen In pis adamdır. Sənin üzündən insanlar acından ölür" sözləri yazılıb.

Bundan sonra polis əməkdaşları cinayətkarı tapmaq üçün yerli sakinlərdən və tələbələrdən əlyazma nümunələrini götürüblər. Bundan əlavə, rəsmilər müşahidə kameralarından videoya baxır, lakin yazının müəllifi hələ də məlum deyil./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar