ABŞ ŞİRKƏTİ PETKİMƏ PAYÇI OLDU
19.12.2014 714 0.0 0

"SOCAR Turkey Enerji" və ABŞ-ın "Goldman Sachs" şirkəti Türkiyənin "Petkim" neft-kimya holdinqinin 100 faizlik mülkiyyəti olan "Petlim Limancılık A.Ş." şirkətində 30 faizlik payın satışına dair müqavilə imzalayıblar. Mməlumata görə, bu barədə "Reuters" agentliyinə "Petkim" şirkətindən deyiblər.

Məlumata görə, sövdələşmənin dəyəri 250 milyon dollar təşkil edib.

Qeyd edək ki, daha əvvəl "Petlim Limancılık" şirkətinin səhmlərinin 25 faizinin özəlləşdirilməyə çıxarılması planlaşdırılırdı. Buna qədər "SOCAR Turkey Enerji A.Ş" və "SOCAR International DMCC OGG" "Petkim"in səhmlərinin 10,32 faizini əldə edərək paylarını 61,32 faizədək artırmışdı. Səhmlərin 38,67 faizi isə İstanbul Fond Birjasında sərbəst tədavüldədir.//Trend


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar