CENEVRƏDƏ İRANIN NÜVƏ PROQRAMININ MÜZAKİRƏSİ BİTDİ
18.12.2014 938 0.0 0
 İsveçrənin Cenevrə şəhərində İranın nüvə proqramı ilə əlaqədar görüş başa çatıb.

 

İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, İran və “altılıq” ölkələrinin nümayəndələri görüşün keçirildiyi məkanı tərk ediblər.

 

Danışıqları şərh edən Fransa nümayəndə heyətinin rəhbəri, XİN-in təhlükəsizlik və siyasi məsələlər üzrə Baş direktoru Nikolya de Rivyer danışıqların səmimi şəraitdə keçdiyini bildirib.

 

Bağlı qapılar arasında baş tutan görüş 8 saat davam edib. //APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar