KİV: İran müəyyən sayda ballistik raketi İraqa daşıyıb
05.12.2019 108 0.0 0

İran müəyyən sayda ballistik raketi İraq ərazisindəki anbara yerləşdirib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu “The New York Times” qəzeti yazıb.

Qəzet Pentaqon və kəşfiyyat xidmətinə istinadən qeyd edib ki, raketlər İran sərhədinə yaxın ərazidədir.

CNN televiziyası isə bildirib ki, ABŞ kəşfiyyat xidməti yaxın mənzilli ballistik raketlərin İrandan İraqa aparıldığını təsbit edib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar