KİV: Angela Merkel Böyük Britaniya kəşfiyyatına Vladimir Putin haqqında dosye verib
17.04.2017 873 0.0 0

Almaniya kansleri Angela Merkel Britaniya kəşfiyyatına Rusiya Prezidenti Vladimir Putin haqqında dosye verib.

Məlumata görə, bu barədə "Focus" nəşr yazıb.

Jurnal Almaniyanın xüsusi xidmət orqanlarındakı mənbəyinə istinadən məlumat yayıb ki, 2015-ci ilin oktyabr ayında Angela Merkel Böyük Britaniyanın Baş naziri Devid Kemeronun şəhər kənarındakı rəsmi iqamətgahını ziyarət edib. Orada kansler Böyük Britaniya kəşfiyyat və əks-kəşfiyyatının, MI6 və MI5-in rəhbərləri - Aleks Ynager və Endryu Parker ilə görüşüb. Söhbət zamanı onlar Angela Merkelə Almaniyada mümkün terror hücumları barədə xəbərdar ediblər. O isə öz növbəsində, britaniyalılara Rusiya Prezidenti Vladimir Putin haqqında dosye və Krımdakı vəziyyətlə bağlı analitik material verib.

Nəşrin məlumatına görə, A.Merkel Almaniya xüsusi xidmət orqanlarının rəhbərlərinə səfəri barədə rəsmi məlumat verməyib və bu məqam Almaniyanın Federal Kəşfiyyat Xidməti və Federal Konstitusiyanı Mühafizə Xidmətinin əməkdaşları arasında narazılığa səbəb olub.

Qeyd edək ki, bu il mayın 2-də Angela Merkelin Moskvaya səfər edəcəyi gözlənilir. Səfər proqramına Prezident Vladimir Putin ilə görüş də daxildir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar