KİV: ABŞ Federal Seçki Komissiyası faktiki olaraq öz fəaliyyətini dayandırıb
27.08.2019 89 0.0 0

ABŞ Federal Seçki Komissiyası faktiki olaraq öz fəaliyyətini dayandırıb.

RİA “Novosti”yə istinadən xəbər verilir ki, bu barədə məlumatı “Axios” nəşri yayıb. Qeyd olunub ki, buna səbəb altı sədrdən dördünün istefa etməsidir.

“Bazar ertəsi sədr müavini Metyu Petersenin istefasından sonra, azı dörd səlahiyyətli nümayəndənin yüksək səviyyəli qərarlar qəbul etməsini tələb edən qaydanın mövcudluğuna əsasən Federal Seçki Komissiyası işini dayandırmaq məcburiyyətində qalacaq” - deyə, nəşr yazıb.

Federal Seçki Komissiyası təşviqat kampaniyalarının maliyyəsi haqqında qanunların icrasına cavabdehdir. Hal-hazırda, ABŞ-da 2020-ci il prezident seçkilərinə görə seçkiqabağı kampaniya keçirilir.

Nəşr qeyd edib ki, seçki komissiyası sonuncu dəfə 2008-ci ildə oxşar vəziyyətlə üzləşib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar