KİV: `Volodimir Zelenskiyə qarşı 3 dəfə sui-qəsd cəhdi olub`
04.03.2022 101 0.0 0

“Son 1 həftə ərzində Ukrayna Prezidenti Volodimir Zelenskinin həyatına azı 3 dəfə sui-qəsd cəhdi olub”.

Məlumata görə, bunu Böyük Britaniyanın “The Times” nəşri yazıb.

Məlumata görə, Ukrayna liderini öldürmək üçün iki müxtəlif qrup göndərilib. Bunlar Kreml yönümlü Vaqner qrupunun muzdluları və çeçen xüsusi təyinatlılarıdır.

Nəşrin xəbərinə görə, hər dəfə sui-qəsd cəhdlərinin qarşısı Ukrayna ilə müharibənin əleyhinə çıxan Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının sayəsində alınıb.

Kiyevdəki Vaqner muzdluları cəhdləri zamanı itki veriblər və ukraynalıların bunu necə müəyyənləşdirdiklərindən narahat olublar. Qrupa yaxın mənbə bildirib ki, V.Zelenskinin təhlükəsizlik xidmətinin məlumatlılığı onlar üçün “tükürpədici” olub.

Qeyd olunub ki, həmçinin fevralın 26-da Kiyevin kənarında məhv edilən çeçen muzdlulardan ibarət qrupun sui-qəsd cəhdinin qarşısı alınıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar