Kerri siyasi səhvə yol verdi
15.03.2015 774 0.0 0

Misirdə keçirilən beynəlxalq iqtisadi konfransın ilk günündə çıxış edən Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibinin sözləri siyasi müzakirəyə yol açıb. 

Məlumata görə, bir sıra ölkələrin xarici işlər nazirləri, iş adamları ilə təmsil edildiyi konfransda ABŞ Dövlət Katibi Con Kerri də çıxış edib. 

“Gələcəyin Misiri” adlı iqtisadi konfransda C.Kerri siyasi səhvə yol verib. 

“Hamımız İsrailin gələcəyi üçün dəstək göstərməli, əlimizdən gələni etməliyik”, - deyə çıxış edən Kerri Misirlə İsraili qarışdırıb. 

Onun bu sözləri salondakılarda soyuq duş effekti yaşadıb. Bir sıra politoloqlar isə ABŞ rəsmisinin bu çıxışını şüurlu şəkildə etdiyini irəli sürür./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar