Keçmiş nazirin qohumunun ölümündə günahlandırılan qadının məhkəməsi təxirə salınıb
08.04.2016 476 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.
 
Məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə bildirilib ki, təqsirləndirilən şəxsin vəkilləri prosesə gəlməyib.
 
Prosesin aprelin 12-nə təxirə salındığı elan olunub.
 
Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yanında qətlə yetirilib. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.
 
Qətlə yetirilən F.İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həmçinin Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar