Kaliforniyada Hepatit A virusunun yayılmasına görə fövqəladə vəziyyət elan olunub
14.10.2017 703 0.0 0

Kaliforniyada Hepatit A virusunun yayılmasına görə fövqəladə vəziyyət elan olunub. 

"Anadolu"ya istinadən xəbər verilir ki, Kaliforniyanın qubernatoru Cerri Braun bununla bağlı yazılı açıqlama yayıb.

Məlumatda qeyd olunub ki, Los-Anceles, San-Diyeqo və Santa Kruzda epidemiyanın yayılmasının qarşısı alınmalıdır.

Kaliforniya Səhiyyə İdarəsi vaksinlərin hazırlanması və virusun yayıldığı bölgələrə paylanmasını təmin edəcək.

Xatırladaq ki, ötən ay San-Diyeqo şəhərində 16 nəfərin Hepatit A virusundan ölməsindən sonra şəhərin müəyyən hissəsi xüsusi məhlullarla təmizlənib. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar