Kadırov ABŞ-ın Suriyaya raket zərbəsini İŞİD üçün `qiymətli hədiyyə` adlandırıb
08.04.2017 905 0.0 0

Birləşmiş Ştatların Suriyadakı aviabazaya raket zərbəsi İŞİD terror təşkilatı üçün "qiymətli hədiyyə" oldu.

Məlumata görə, bu fikri Çeçenistan rəhbəri Ramzan Kadırov öz "Instagram" səhifəsində yazıb.

"İndi isə ABŞ-ın hərəkətləri barədə. Onların hərbi gəmilərindən buraxılan raketlər müki vətəndaşların qanını axıtdı və bunu İŞİD üçün qiymətli hədiyyə etdi – Əsədin əldən düşmüş ordusu 10-a yaxın təyyarəsini itirdi. Terrorçular üçün yol açıqdır", - deyə o yazıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar