Kərəm Həsənov Neftçalada vətəndaş qəbulu keçirib
11.12.2015 464 0.0 0

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu gün Neftçalada vətəndaşları qəbul edib. Vətəndaş qəbulu şəhərdə yerləşən Heydər Əliyev Mərkəzində keçirilib. Komitə sədri qəbulda Neftçala, Şirvan, Hacıqabul, Salyan, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb.
Qazeta.info-nun məlumatına görə, Komitədən “Report”a bildirilib ki, müraciətlərin əksəriyyəti daşınmaz əmlakın və torpaq sahələrinin dövlət qeydiyyatı ilə bağlı olub.
Vətəndaşlar onlara ayrılan torpaq sahələri, fərdi həyət evləri və mənzillər, kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinə çıxarış və digər qeydiyyat sənədlərinin alınması ilə bağlı müraciətlərini çatdırıblar. Eyni zamanda pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciətlər də olub.
K.Həsənov qəbulda səsləndirilən bir sıra müraciətlərin dərhal həlli üçün göstərişlər verib. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar