İŞİD itki verib.
06.08.2014 1498 0.0 0

İŞİD itki verib.

Hazırda Kürdlərin çoxluq təşkil etdiyi Mosulun Mahmur  ərazilərində kürdlərin Peşmərgə silahlıları və İŞİD terrorçuları arasında döyüşlərin başlaması xəbəri yayılıb.Hazırda gedən döyüşlər zamanı çox sayda İŞİD terrorçularınin məhv edildiyi bildirilir. 

Döyüşlərdən sonra Peşmərgə döyüşçüləri ərazidə 16 İŞİD terrorçularınin cəsədini topladıqlarını bildiriblər.Qeyd edilən ərazilərdə savaşan Peşmərgə savaşçılarının yüksək rütbəli zabitinin xarici mətbuata verdiyi məlumatda İŞİD-in çoxlu sayda silah,sursat və texnikalarını ataraq qaçdığını və Peşmərgələrin bu qeyd edilən texnikanı qənimət olaraq ələ kecirdiklərini bildirib.

Hazırda Peşmərgə döyüşçüləri və İŞİD-terrorçularınin arasındakı məsafənin 50-55 km olduğu bildirilir.İraqın şimalında gedən bu savaş bölgəsinin Ərbilə yaxın ərazilərində 40 km məsafədə səngərin qazıldığ bildirilib.Xatırladaq ki,qeyd olunan savaş cəbhəsində  İraq ordusu  Peşmərgəyə dəstək verir.Suriya ərazilərində yerləşən  PKK-silahlılarıda qeyd bu savaşlara dəstək olacağı bildirilir.

Türkiyə mətbuatının yaydığı məlumata görə,qeyd edilən bu ərazilərdə gedən savaşda dinc əhali ağır ziyan çəkməkdədir.

Belə ki,İŞİD terrorçularından qaçan 50 minə yaxın dinc əhali Sincar dağına sığndıqdan sonra mühasirəyə düşdüyü bildirilir.Məlumatlarda hava vasitəsilə helekopterlərlə çətinliklədə olsa yardımın olduğu lakin bu ərzaq və su  yardımının yetərli olmadığı və bəzi hallarda ərzaqların İŞİD terrorçularınin əlinə keçdiyi bildirilir.Belə ki,verilən məlumatlarda 24 saat ərzində bu  insanların müasirədən azad olunmaması və ya yetərli ərzaq yardımı edilməməsi tədqirdə həyatlarını itirəcəkləri bildirilir. 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar