TƏHVİL VERİLƏN ERMƏNİ AİLƏSİ AZƏRBAYCANA BÖHTAN ATDILAR
13.12.2014 1026 0.0 0

Azərbaycandan Ermənistana qaytarılan Gevorkyan ailəsi erməni xislətini bir daha nümayiş etdirib.

Məlumata görə, qarşı tərəfə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə təhfil verilmiş ailə üzvləri Ermənistan mətbuatına yalan açıqlamalar veriblər.

Gevorkyan ailəsinin başçısı Eqişe Petrosoviç girovluqda olarkən qul kimi saxlanıldıqlarını iddia edib. 4 il Azərbaycanda saxlanılan erməni ailəsi hətta döyüldüklərini və onlara cərəyan verildiklərini deyib. Ailə başçısının sözlərinə görə, onlar Bakıda hərbi polisin binasında yaşayırdılar. Guya erməni ailə dəhlizdə saxlanılıb və onlar orada yaşamağa məcbur olub. 

Eqişe Petrosoviçin həyat yoldaşı Mardanyan Ruzanna Genoyevna isə məcburi olaraq abort edildiyini bildirib. 

Xatırladaq ki, Ermənistan vətəndaşı olan 5 mülki şəxs – Yegişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyan 2010-cu ilin yanvarında Azərbaycan ərazisinə keçiblər.

Ermənistan vətəndaşı Yeğişe Gevorkyanın sözlərinə görə, o, Naxçıvanın Sədərək rayonu tərəfindən erməni postunu yarıb Azərbaycan tərəfə keçib: “Bizim sərhədçilər maşında körpə uşaqların olduğunu bilsələr də atəş açdılar. Həmin vaxt qızım Qayane yaralandı. Amma biz Azərbaycan postuna çatanda mən dayandım. Onlar maşında ailəmin olduğunu görəndə bizə atəş açmadılar. Sonra sizin tərəfə keçdik”.

Gevorkyan Yegişe həyat yoldaşı Mardanyan Ruzanna və ailəsilə birlikdə Azərbaycana keçdikləri gün 2010-cu ilin yanvarın 10-da Ermənistana qayıtmaqdan imtina etmiş, üçüncü ölkəyə göndərilmələri barədə Azərbaycan hökumətinə yazılı müraciət ünvanlamışdılar.

Ailə Azərbaycan ərazisində saxlanıldığı andan etibarən Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında olub. Təşkilat bu müddət ərzində ailənin saxlanma şəraitinin beynəlxalq humanitar hüquq normalarına uyğun olduğunu təsdiq edib. Ailə müntəzəm olaraq tibbi müayinədən keçirilib və sağlamlıqları ilə bağlı hər hansı problem olmayıb.

Ermənistan tərəfi isə artıq 6 aydan çoxdur ki azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarmaqdan imtina edir. Onlar yaxınlarının məzarını ziyarət etmək üçün getdikləri Kəlbəcərdə girov götürülüblər. Ermənistan bütün beynəlxalq hüquq normalarını pozaraq girovlar üzərində qondarma məhkəmə prosesi təşkil edib.//
ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar