Jurnalist həkimi müdafiə etdi, ölümdən dönən müğənni özündən çıxdı- VİDEO
22.09.2017 1057 5.0 0

ARB TV-də yayımlanan "Səhər-Səhər" verilişində qalmaqallı anlar yaşanıb. 
 

Qazeta.info Azxeber.com -un məlumatına əsasən, veriliş müğənni Nazim Pişəvarinin əməliyyatına və əməliyyatdan sonrakı durumuna həsr olunub. 

 

Verilişdə qonağı olan jurnalist Tahirə Məmmədqızının həkim Elman Əzizovu müdafiə etməsi müğənni Nazim Pişəvarini özündən çıxarıb.

Nazim onu əməliyyat edən həkim Elman Əzizovu kəskin tənqid edib, jurnalist isə həkimi müdafiə edib. Nəticədə Nazim əsəbiləşərək jurnalistə: "Görüm sənin əzizlərin də mənim günümə düşsün. O zaman mənim nələr çəkdiyimi bilərsən" kimi sərt sözlər deyib.
 

Daha sonra aparıcı Elgiz müğənnini sakitləşdirib və veriliş davam edib.

 

Həmin anları təqdim edirik:

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar