Jirinovski «erməni genosidi»ni dəstəkləyənlər haqda belə danışdı
17.05.2015 789 0.0 0

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski "erməni soyqırımı" haqqında qətnamənin əleyhinə çıxış edib.

Məlumata görə, Rusiyanın Dövlət Dumasının sonuncu iclasında deputat apreldə "erməni soyqırımı" qətnaməsini dəstəkləyən həmkarlarını, xüsusilə "Vahid Rusiya" partiyasının deputatı Mixail Markelovu sərt tənqid edib. 

"Siz nə üçün bu zalda "erməni soyqırımı" qətnaməsini dəstəklədiniz? Belə çıxır ki, bu qərar ermənilərin xeyrinə qəbul edilib. Türklər də inciyiblər. Onlar "Türk axını" qaz layihəsini dayandırılar", - deyə Jirinovsk bildirib.

LDPR lideri bunun heç bir məntiqə sığmadığını deyib. "Belə çıxır ki, sabah sizə zəng etsələr, siz istənilən qərarı qəbul edəcəksiniz. Siz türkləri qəzəbləndirdiniz. İndi də onlar Gürcüstanın NATO-ya qəbul edilməsi üçün çalışırlar. Halbuki, türklər bizim tərəfimizdə idilər. Siz Türkiyə ilə münasibətləri korlayırsınız", - deyə Jirinovski sərt çıxış edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar