III Bakı Beynəlxalq kukla biennalesinin açılışı olub - fotolar
06.11.2015 726 0.0 0

“Fusion Doll” III Bakı Beynəlxalq kukla biennalesi yeddi ölkədən rəssamları bir araya gətirib. Belə ki, sərgidə Rusiya, Ukrayna, Belarus, Estoniya, Yaponiya, Latviya və Azərbaycandan olan peşəkar və həvəskar kuklaçı rəssamların 50-dək əl işləri nümayiş olunur. 


Qazeta.info Azərtac-a istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyin təşkilatçılığı keçirilən biennalenin açılışı noyabrın 5-də Muzey Mərkəzinin “Sərgi Qalereyası”da baş tutub. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, 2011-ci ildən keçirilən Bakı beynəlxalq müəllif kuklaları biennalesi artıq öz auditoriyasını qazanıb. 

Qeyd edib ki, “Fusion” anlayışı sintez, birləşmə anlamını ifadə edir. Bakıda keçirilən “Fusion Doll” biennalisi sözün əsl mənasında yaradıcılığın gözəl ifadəsidir. Burada müəlliflər öz daxili düşüncə və fantaziyalarını yaradıcılıq nümunələri ilə ifadə edərək təqdim edirlər. 

Azərbaycanda yaradılan ilk kukla qalereyası barədə məlumat verən Əbülfəs Qarayev qeyd edib ki, “Kukla” art qalereyası fəaliyyətə başlayandan sonra bu sənətə maraq daha da artıb. Kiyevin “Modnaya kukla” beynəlxalq salonunun direktoru Yuri Şumanski Bakıda keçirilən biennalidə iştiraklarından məmnunluğunu ifadə edib. O, kukla ustalarına sərgidə uğurlar arzulayıb. Y.Şumanski tədbirin təşkilatçılarına minnətdarlıq edərək Kiyevdə təşkil olunacaq kukla sərgisində azərbaycanlı həmkarlarını da görmək istədiyini söyləyib.
 
Noyabrın 10-dək davam edəcək “Fusion Doll” III Bakı Beynəlxalq kukla biennalesinin əsas məqsədi dünyanın müvafiq sahə üzrə nüfuzlu qalereya, muzey və təşkilatlarını etnoqrafik və folklor kukla sənəti sahəsində böyük uğurlara və ənənələrə malik ölkəmizlə uzunmüddətli əməkdaşlığa cəlb etmək, müəllif kuklaları sənətinin inkişafına dəstək vermək, gənc kukla ustaları üçün stimul yaratmaqdan ibarətdir. 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar