BU İL ŞƏHİD OLANLARIN QİSASI BİRƏ-ON QAT ALINIB
29.12.2014 685 0.0 0


Bu Sözləri Müdafiə Naziri Zakir Həsənov Azərbaycan Ordusunu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edərkən deyib.

O,bildirib ki, 2014-cü il xalqımızın, dövlətimizin və Silahlı Qüvvələrimizin həyatında əlamətdar və yaddaqalan uğurlu hadisələrlə zəngin olmuşdur.

 

Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordunun maddi-texniki bazası daha da möhkəmlənmiş, şəxsi heyətin sosial-məişət problemləri ardıcıl olaraq həllini tapmış, müasir silah və texnika alınmış, yüksək ixtisaslı peşəkar hərbçilər hazırlanmışdır. Şəxsi heyətin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir.
 

Daha sonra , cəbhədə vəziyyət xeyli gərginləşdiyi vaxtlarda xalqımız növbəti dəfə Azərbaycan əsgərinin fədakarlığının şahidi oldu. İşğalçıların planlaşdırdığı əməliyyatlar qabaqcadan aşkar olundu, onlar canlı qüvvə və döyüş texnikasında xeyli itki verərək geri çəkilməyə məcbur edildi deyə bildirib.
 

"Döyüşlərdə şəhidlər versək də, xalqımız bilməlidir ki, hərbi qulluqçularımızın qisası birə on qat alındı və bundan sonra da alınacaqdır. Biz düşmənə tarixi torpaqlarımızda rahatlıq verməyəcək və Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik.
Düşmənlə təmas xətti, ölkəmizin həm dəniz, həm də hava məkanı yeni və müasir silahlarla təmin edilmiş Silahlı Qüvvələrimizin daim nəzarəti altındadır. İşğalçıların təxribatlarının qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaqdır.
Xalq öz ordusuna inanır, ona güvənir və ona arxalanır. Siz bu etimadı, bu inamı Vətənə, xalqa, dövlətə sədaqətli xidmətinizlə doğrultmalı, ölkəmizin təhlükəsizliyinin, müdafiəsinin keşiyində ayıq-sayıq dayanaraq Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olmalısınız." 
 

Bir daha şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad etdiyini bildirən nazir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, hazırda düşmənlə təmas xəttində, döyüş növbətçiliyində, qarovul xidmətində, sülhməramlı qüvvələrin tərkibində, xarici dövlətlərdəki missiyalarımızda xidmət edən şəxsi heyəti bayramlar münasibətilə təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və xidmətdə uğurlar arzulayıram deyə öz çıxışında bildirərək."Yeni 2015-ci il arzularımızın həyata keçməsi ili olsun. Hərbi anda sədaqətə, çətin və şərəfli hərbi xidmətdə fədakarlığa görə hər birinizə minnətdarlığımı bildirirəm!" deyə qeyd edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar