İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 281 nəfərə çatıb
27.08.2016 715 0.0 0

İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı, son məlumata görə, 281 nəfərə çatıb.
Məlumata görə, bu barədə RAİ telekanalı xəbər verib.
 
Məlumata görə, 221 nəfər Amatriçe, 49 nəfər Arkauta-del-Tronto, 11-i isə Akkumoli yaşayış məntəqələrində həyatlarını itiriblər.
 
Seysmoloqların xəbərinə görə, təbii fəlakət zonasında artıq 1000-dən çox yeraltı təkan qeydə alınıb. Avqustun 27-si ölkədə milli matəm günü elan olunub.
 
Qeyd edək, avqustun 23-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində 6,2 bal gücündə  zəlzələ baş verib. Latsio, Umbriya və Marka vilayətlərində ciddi dağıntılar baş verib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar