İƏT Azərbaycandakı prezident seçkilərinə müşahidəçilər göndərəcək
12.03.2018 958 0.0 0

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün müşahidə missiyası göndərəcək.

Bu barədə "Report"a təşkilatın mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, hazırda müşahidə missiyası üzvlərinin sayı və tərkibi formalaşdırılır. 

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək. Seçki prosesini həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), MDB-nin, GUAM-ın və digər təşkilatların müşahidəçiləri izləyəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar