İstanbul terrorunu törədənin adı və vətəndaşlığı bilindi
03.01.2017 2677 0.0 0

İstanbulun “Reina” gecə klubuna hücum edənin  28 yaşlı Yəhya Maşrapov olduğu bildirilir. “Ntv.ru”-ya istinadən verilən məlumata görə, onun Qırğızıstan vətəndaşı olduğu açıqlanıb.
 
KİV-də hücumu törətməkdə şübhəli bilinən şəxsin pasportunun fotosu yayılıb. Sənədin Qırğızıstan dövlət qeydiyyat xidməti  tərəfindən verildiyi  bildirilir.
 
 
Qeyd  edək ki,  yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda  yerləşən “Reina”  gecə klubuna hücum edib. Ümumilikdə 700 adamın olduğu klubda 16 nəfər  əcnəbi  olmaqla  39 nəfər öldürülüb, 69 nəfər yaralanıb.
 
Ölənlər arasında  Rusiya, Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları olub./apa/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar