İsrail hökuməti Fələstin ərazilərində yeni yaşayış məskənləri salacağını təsdiqləyib
25.01.2017 566 0.0 0

İsrail hökuməti İordan çayının qərb sahilindəki yəhudi məskənlərində 2 500 ev tikmək niyyətində olduğunu təsdiqləyib.   
 
“Jerusalem Post”a istinadən verilən xəbərə görə, bu barədə İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib.   
 
Baş nazir Binyamin Netanyahu da, öz növbəsində, İsrailin məskunlaşma siyasətini davam etdirəcəyini bəyan edib.
 
Qeyd edək ki, 2016-cı ilin dekabrın 23-də BMT TŞ İsraildən Fələstin ərazilərində məskunlaşma siyasətinə son qoymasını tələb edən qətnamə qəbul edib.  
 
Buna cavab olaraq İsrail BMT büdcəsinə ödəmələrini 6 mln. dollar azaldıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar