İslam Kərimovun səlahiyyətlərinin icrası bu şəxsə tapşırıldı
08.09.2016 606 0.0 0

Özbəkistanda prezident səlahiyyətlərinin icrası baş nazir Şövkət Mirziyoyevə tapşırılıb.

 

“İnterfaks”a istinadən verilən xəbərə görə, bu barədə Özbəkistan parlamentinin hər iki palatasının bu gün keçirilən iclasında qərar qəbul olunub.

 

Ş.Mirziyoyev 2003-cü ildən bəri baş nazir vəzifəsində çalışır. Bundan əvvəl o, Cizak və Səmərqənd vilayətlərini qubernatoru olub. Ş. Mirziyoyev İslam Kərimovun dəfnini təşkil edən dövlət komissiyasının sədri idi.

 

Qeyd edək ki, Konstitusiyaya əsasən prezident səlahiyyətləri Senatın sədri Niqmatulla Yuldaşevə keçməli idi./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar