İŞİD silahlıları qadın jurnalisti atası ilə birlikdə edam edib
06.09.2015 731 0.0 0
İŞİD terror qruplaşmasının silahlıları ötən Mosulda yerli qəzetin müxbiri İhlas əs Səatini və onun atasını edam ediblər.

 

 “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Əs-Sümariyyə telekanalına Naynava polisinin nümayəndəsi Məhəmməd əl Cəburi bildirib.

 

Onun sözlərinə görə, güllələnərək öldürülən jurnalist Naynava əyalətinin şurası tərəfindən dərc edilən və bölgədəki hadisələri işıqlandıran qəzetin müxbiri olub. Onun atası Naynava əyalətinin inzibati mərkəzi Mosul şəhərində həmin qəzetin yayılması ilə məşğul olub.   

 

İŞİD silahlıları onları fevralda həbs etmişdilər.  /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar