İŞİD məsuliyyəti üzərinə götürdü - Mançesterdəki partlayışa görə
23.05.2017 673 0.0 0

İŞİD terror qruplaşması İngiltərənin Mançester şəhərindəki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Məlumata görə, Mançester polisi də hadisəni terror aktı kimi dəyərləndirib.

Partlayış konsert zalından kənarda - foyedə baş verib.

Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50 nəfər xəsarət alıb./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar