İTALİYA BƏYANAT YAYDI.
17.08.2014 1590 0.0 0

İtaliya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artması ilə əlaqədar bəyanat yayıb. 

Məlumata görə, bəyanatda deyilir:

“Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin cari il iyulun 14-də Romaya səfəri çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi, o cümlədən əməkdaşlıq etmək üçün yeni sahələrin müəyyənləşdirilməsi və bu işə vətəndaş cəmiyyətlərinin də cəlb olunması barədə birgə bəyannamə imzalanıb. İtaliya ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqları və səyləri dəstəkləyir. İtaliya da Avropa İttifaqı (Aİ) ilə birgə münaqişənin sülh yolu ilə, BMT Xartiyası və Helsinki Yekun Aktının baza prinsipləri əsasında, eyni zamanda ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həyata keçirilən danışıqlar prosesi çərçivəsində həll olunmasının tərəfdarıdır.

İtaliya da Aİ-dəki tərəfdaşları kimi, son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində artan gərginlikdən narahatlığını bildirir, tərəfləri güc tətbiq etməməyə çağırır, Ermənistan və Azərbaycan prezidentlərinin cari il avqustun 10-da Soçidəki görüşlərindən sonra məsələnin siyasi danışıqlarla həll ediləcəyinə ümid edir”.//
ANS PRESS


Teqlər:İTALİYA BƏYANAT YAYDI.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar