İŞİD Kərbəlada terror törətdi, toy yasa döndü
29.08.2016 559 0.0 0

İraqda şiələrin keçirdiyi toy məclisində terror aktı törədilib.

 

APA TV-nin Rusiya KİV-ə istinadən məlumatına görə, İŞİD silahlıları toyun keçirildiyi məkana daxil olaraq, atəş açmağa başlayıb.

 

Hadisə nəticəsində ümumilikdə 18 nəfər öldürülüb, 26 nəfər yaralanıb. Terrorçular avtomat və qumbaralarla silahlanıblar. Onlardan biri üzərində quraşdırdığı partladıcını işə salmağa müvəffəq olub.

Hadisə şiələrin müqəddəs şəhəri Kərbəlanın yaxınlığındakı qəsəbədə qeydə alınıb.

Terrorçuların hamısı yerli polis əməkdaşları tərəfindən güllələnib. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar