İŞİD İKİNCİ YAPON GİROVUN DA BAŞINI KƏSDİ-VİDEO 18+
01.02.2015 904 0.0 0

IŞİD ikinci Yapon girovu da öldürdü
IŞİD Yapon girovların öldürülüşünü göstərən bir video paylaşdı. Yaponiya hökuməti jurnalist Kenji Gotonun ölümünü göstərən videonun doğruluğunu araşdırdıqlarını bildirib.

Silahlı radikal və irqçi qrupları təqib edən SITE internet saytı, IŞİD-in girov tutduğu Yapon jurnalist Kenji Gotoyu öldürdüyünü göstərən  video paylaşdığını mətbuatda yayılmışdı.

Bildirək ki, görünüşlərdə, IŞİD-in daha əvvəl lentə aldığı edam videolarına bənzər şəkildə narıncı paltarlı Gotonun diz çökmüş halda boğazına bıçaq dayandığı görülür.

İngiliscə danışan üzü maskalı IŞİD üzvü Yaponiya baş naziri Şinzo Abeyə xitabən, "qazanılması mümkün olmayan bu döyüşdə yer alma qərarına görə, bu bıçaq yalnız Kenjiyi deyil, harada olurlarsa olsunlar bütün xalqını qətledəcək. Yaponiyanın kabusu başlasın" dediyi bəyan edilir.

Yapon hökuməti, videonun gerçək olub olmadığını araşdırdıqlarını söylədi.

Bu arada hadisədən sonra ABŞ-dan qınama gəlib.
Video qısa müddət sonra ABŞ rəhbərliyi tərəfindən izlənilib. IŞİD-i şiddətlə qınadığını bildirən Ağ Ev,  
IŞİD-ə əlində tutduğu bütün girovları sərbəst buraxma çağırıb.

Girov dəyişmək üçün İordaniyaya gələn Yaponiya xarici işlər nazirinin müavini Yasuhide Nakayama, şənbə günündən sonra jurnalist Kenji Goto və İordaniyalı pilot Muaz Kesasibenin sərbəst buraxılması üçün göstərdikləri səyin nəticəsiz qaldığını söyləyib.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar