İŞİD İraqın Kərkük şəhərinə hücum etdi
07.07.2015 591 0.0 0

İraqın Kərkük şəhəri İŞİD silahlılarının hücumlarına məruz qalıb.

Məlumata görə, hazırda peşmərgə kürd qüvvələrinin nəzarəti altında olan şəhərin cənub-qərb hissəsində ağır döyüşlər gedib.

Peşmərgə komandiri Uasta Rəsul İŞİD-in 600-ə yaxın silahlı ilə şəhərin cənub-qərb rayonlarına hücum etdiklərini bildirib. Lakin, onun sözlərinə görə, kürd hərbi qüvvələri hücumların qarşısını vaxtında ala bilib.

Peşmərgə İŞİD döyüşçülərinin mövqelərini iriçaplı silahlarla atəşə tutub. Məlumata görə, anti-İŞİD koalisiyası hərbi hava qüvvələri də əməliyyatlara dəstək olublar/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar