İŞİD evlənənlərə nə qədər pul verir?
28.05.2015 808 0.0 0

İŞİD terror qruplaşma üzvlərinə evləndikləri təqdirdə 500 dollar pul verilir. 

Məlumata görə, bu barədə AP agentliyinin jurnalistinə terrorçulardan biri Əbu Bilal əl Homsi bildirib.
Onun dediyinə görə o özü Tunis vətəndaşı qızla bir neçə ay onlayn məktublaşdıqdan sonra qızı Suriyaya dəvət edib. İkincisi bunu qəbul edib və evləniblər. Bu zaman qruplaşma onlara 1,5 min dollar məişət əşyaları üçün pul ayırıb. 

Onun sözlərinə görə bir qayda olaraq verilən vəsait 500 dolları keçmir. Lakin İŞİD onun ailəsinə ona görə çox pul ayırıb ki, arvadı tibbi təhsil alıb və 4 dildə danışa bilir.

Bundan əlavə terrorçu deyir ki, toydan sonra o arvadı ilə bir neçə gün davam edən bal ayı təşkil edib. Bu günlər ərzində onlar terrorçular tərəfindən zəbt edilmiş Suriyanın şimalındakı Rakka şəhərində olan restoranlara getmiş, Fərat çayı sahillərində gəzmiş və dondurma yemişlər.

“İŞİD-də sosil institutlar var. Burada dövlət elementləri yaşanır”- deyə Bilala əl Homsi bildirib.

Qeyd edək ki, İŞİD terror qruplaşmasının İraq və Suriyada geniş yayılması dünya üçün problem olaraq qalır. Mərkəzi kəşfiyyat idarəsinin məlumatına görə 30 min üzvü olan qruplaşma zəbt etdiyi torpaqlarda qondarma “xilafət” elan edərək təsir qüvvələrini artırmaq istəyir. İŞİD-in Yaxın Şərq ölkələr, Liviya, Yəmən və eləcə də Şimali Afrikada qolları var./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar