İŞİD ABŞ-ın ən güclü qeyri-nüvə bombasından itki vermədiyini bəyan edib
15.04.2017 1122 0.0 0

İŞİD terror qruplaşması ABŞ-ın ötən gün Əfqanıstanda istifadə etdiyi ən güclü qeyri-nüvə bombasından itki vermədiyini bəyan edib.  
 
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, qruplaşmanın bəyanatına əsasən,  zərbə nəticəsində silahlılardan nə ölən, nə də yaralanan olmayıb.  
 
Qeyd edək ki, ABŞ ötən gün döyüş şəraitində ilk dəfə olaraq ən güclü qeyri-nüvə mərmisindən istifadə edib. Ən güclü bomba İŞİD-in Əfqanıstandakı mövqelərinə atılıb.  
 
Zərbə Nanqarxar əyalətinin Açin rayonuna endirilib. “GBU-43” bombasının hədəfi İŞİD silahlıları, onlara məxsus tunel sistemləri olub.    
  
Çəkisinin 9,5 ton olduğu iddia edilən bomba “MS-130” təyyarəsindən atılıb. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar