İraqın vitse-prezidenti: `Peşmərgə` döyüşçüləri İraqda İŞİD-lə mübarizədə heç bir rol oynamayıb
21.07.2017 712 0.0 0

“Peşmərgə” döyüşçüləri İraqda İŞİD-lə mübarizədə heç bir rol oynamayıb.

 

Məlumata görə, bunu RİA "Novosti”-yə müsahibəsində İraqın vitse-prezidenti Nuri əl-Maliki deyib.

 

“İraq Kürdüstanın rəhbər Məsud Bərzani xəyalpərəstdir. Dövlətlərin sərhədləri qan ilə cızılır. O bilir ki, "Peşmərqə" döyüşçüləri İŞİD-lə mübarizədə heç bir rol oynamayıb. ABŞ, İraq və İranın yardımı olmasaydı, Iraq Kürdüstanın paytaxtı İŞİD-ə təslim olacaqdı. Onların real gücü yoxdur.”

 

Qeyd edək ki, 2005-ci ildən İraqın şimalında Kürdüstan muxtariyyəti yaradılıb. Muxtariyyətin hakimiyyət orqanları sentyabrın 25-də müstəqillik haqqında referendumun keçiriləcəyini bəyan edib.

 

"Peşmərgə" İraq Kürdüstanın rəsmi silahlı qüvvələridir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar