İraqda 100-dən çox İŞİD terrorçusu məhv edilib
10.05.2017 874 0.0 0

İraq Hərbi-Hava Qüvvələri İŞİD terror qruplaşmasının Anbar əyalətindəki mövqelərinə hava zərbələri endirib, nəticədə azı 100 terrorçu məhv edilib.   
 
APA-nın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, İŞİD-in Ana və Əl-Kaym şəhərlərindəki mövqelərinə ümumilikdə 15 aviazərbə endirilib.  Zərbələr nəticəsində Anada 47, Əl-Kaymda isə 53 terrorçu məhv edilib.
 
Bundan başqa, hücum zamanı terrorçulara məxsus evlər və silah istehsalı müəssisələri dağıdılıb.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar