İraq ordusu İŞİD-in «maliyyə nazirini» ələ keçirdiyini açıqlayıb
29.12.2015 519 0.0 0

İraqın Ər-Ramadi şəhərinin azad olunması uğurunda aparılan əməliyyat zamanı İraq hərbçiləri İŞİD-də maliyyə naziri rolunu icra edən terrorçunu ələ keçiriblər.
 
RIA "Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə hərbi komandanlığın informasiya bürosu məlumat yayıb. Hərbi qüvvələrə “maliyyə naziri”nin yeri barədə şəhər sakinləri məlumat verib. Bildirilir ki, o əhali arasında gizlənərək terrorçuların tam zərərsizləşdirilməsindən sonra qaçmağı planlaşdırıb.  
 
İraq ordusu dekabrın 27-də Ənbar vilayətinin Ər-Ramadi şəhərinin İŞİD terrorçularından tam azad edildiyini bəyan edib. Lakin vilayət qubernatoru ərazinin 20 faizinin hələ terrorçuların əlində olduğunu bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar