İranlı parlamentari: ABŞ neft-kimya məhsulları satışını məhdudlaşdıra bilməz
12.05.2019 512 0.0 0

Amerika Birləşmiş Ştatları İranın neft-kimya məhsullarının satışını məhdudlaşdıra bilməz.

Qazeta.indo Trend-in məlumatına əsasən bildirir ki, bunu İran parlamentinin enerji komissiyasının üzvü Əbdülhəmid Xedri deyib.

Ə.Xedrinin sözlərinə görə, İranın neft-kimya məhsullarının dünyada çoxlu müştəriləri var.

Komissiya üzvü əlavə edib ki, İranın neft-kimya məhsullarını satın alan ölkələrə ABŞ-ın maliyyə təzyiqləri maneə ola bilməz. Çünki onların bu məhsullara ehtiyacı var və bir sıra məhsullar İrana məxsusdur:

"ABŞ-ın təhdidini o qədər də effektiv və əhəmiyyətli hesab etmək olmaz. Əksinə, bu təhdidi də fürsətə çevirmək olar".

Qeyd edək ki, ABŞ 2018-ci il may ayında Hərtərəfli Birgə Fəaliyyət Planından çıxdığını bəyan və 2018-ci il noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar