İranın xarici işlər naziri Azərbaycana səfər edəcək
20.12.2021 258 0.0 0

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana səfər edəcək.

Məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə keçirdiyi həftəlik mətbuat konfransında deyib.
O bildirib ki, cari həftənin sonunadək İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana səfər edəcək.
Səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti ilə həyata keçiriləcək.

Hüseyn Əmir Abdullahian səfər çərçivəsində bir sıra görüşlər keçirəcək, iki ölkə arasındakı qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı perspektivlərini müzakirə edəcək./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar