İSRAİL SURİYAYA HAVA HÜCUMU ETDİ
07.12.2014 998 0.0 0

İsrailin, Suriyanın paytaxtı Şam ətrafındakı bəzi nöqtələri hədəf aldığıhaqda məlumat yayıldı.

Qazeta.info Türkiyə mətbuatına istinadən bildirir ki,Suriya rəsmi agentliyi SANA, İsrailin Şam Beynəlxalq Hava Limanı yaxınlığındakı   Dimas bölgəsində bir nöqtəni vurduğunu, hadisədə can itkisinin olmadığını bildirib.

Suriya İnsan Haqqları Təşkilatı (SNHR) tərəfindən edilən açıqlamada  isə Şamın Dimas bölgəsinin "10 partlayışla sarsıldığı" bəyan edilərək, partlamaların hansı səbəblədən  qaynaqlandığının isə hələ bilinmədiyi qeyd olunub. Mövzuya bağlı İsrail tərəfindən isə hələ hər hansı bir açıqlama verilməyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar