İranın Ticarət Palatasının baş katibi Azərbaycana səfərə gəlib
02.07.2019 433 0.0 0

İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının baş katibi Əlirza Əşrəf bu gün Azərbaycana səfər edib.

Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfərdə Ə.Əşrəfi İran parlamentinin Proqram və Büdcə Komissiyasının üzvləri müşayiət edirlər.

İranlı heyətin iqtisadiyyat naziri Şahin Mustafayev və Milli Məclisin sədr müavini Ziyafət Əsgərovla görüşü nəzərdə tutulub.

Nümayəndə heyəti Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə yaxından tanış olacaq./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar