İranda prezident seçkiləri ilə əlaqədar Azərbaycanda seçki məntəqələri açılacaq
24.04.2017 749 0.0 0

Mayın 19-da İranda keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində, həmçinin Naxçıvandakı baş konsulluqda səsvermə məntəqələri açılacaq.

 

İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, məntəqələr səhər saat 8.00-dan axşam saat 18.00-dək fəaliyyət göstərəcək.

 

Məlumatda bildirilir ki, hazırda Bakıda mindən çox İran vətəndaşı yaşayır.

 

İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Bakıya 300-dən çox iranlı idmançı, həmçinin çoxsaylı turistlərin gəlməsi gözlənilir. Onlar da seçki günü səs verə biləcəklər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar