İran XİN: Prezient Ruhaninin Azərbaycana və Orta Asiya ölkələrinə səfərinə hazırlıq görülür
25.12.2017 797 0.0 0

İran prezidenti Həsən Ruhani 2018-сi ilin baharında Azərbaycana səfər edəcək. 

 

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki,prezident H. Ruhaninin Azərbaycana və Orta  Asiya ölkələrinə səfəri planlaşdırılır: “Hazırda bu səfərlər üçün hazırlıq işləri  görülür. Ekspertlərin qarşılıqlı səfərləri təşkil olunur. İkitərəfli əlaqələrin inkişafı üçün sənədlər hazırlanır. Lazımı hazırlıqlar tamamlanarsa, prezidentin səfəri yaxın 3 ay ərzində - bahar fəslinin əvvəlində baş tutacaq”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar