İran XİN başçısı: `Vyanada yeni bir sənəd haqqında razılaşdıq`
27.12.2021 291 0.0 0

Vyanada yeni bir sənəd haqqında razılaşdıq və bu gündən onun üzərində işləyirik.

Məlumata görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
O qeyd edib ki, Vyana müzakirələrində yeni və müştərək sənəd haqqında razılıq əldə olunub.

"Vyanada yeni dövr müzakirələr başlayır. Gündəlikdə müştərək sənədin müzakirəsi var. Həmin sənədlər 1 dekabr və 15 dekabr sənədləri kimi tanınır. Həm nüvə məsələsində, həm də sanksiyalar məsələsində 20 iyun sənədini kənara qoyduq və yeni sənəd haqqında razılaşdıq”.

O qeyd edib ki, elə bir razılıq əldə olunmalıdır ki, İran neftini heç bir maneə olmadan sata bilsin: "Neft satışından əldə olunan pul İran Banklarının dollar hesablarına yatırılmalıdır. Hərtərəfli Birgə Fəaliyyət Planının bütün üstünlüklərindən istifadə etməliyik."/apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar