ŞİMALİ KOREYA AĞ EV VƏ PENTAGONU HƏDƏF SEÇİB
22.12.2014 766 0.0 0

Şimali Koreya Birləşmiş Ştatları hücumla təhdid edib.

 

“İnterfaks”a istinadən verdiyi məlumatına görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) STAK rəsmi informasiya agentliyinin yaydığı xəbərdə bildirilir ki, bununla rəsmi Pxenyan bu günlərdə ABŞ prezidenti Barak Obamanın “Sony Pictures” şirkətinə kiberhücumlara “simmetrik cavablar” veriləcəyi barədə açıqlamasına münasibət bildirib.

 

STAK-ın məlumatında qeyd olunur ki, KXDR “müharibənin hər cəbhəsində”, o cümlədən kibernetika sahəsində ABŞ-la rəqabət aparmağa qadirdir: “Hədəfimiz öz fəaliyyəti ilə bütün koreyalıların narazılığına səbəb olan Amerika imperialistlərinin bütün qalalarıdır”.

 

Məlumata görə, hədəf kimi Ağ ev və Pentaqonun binaları göstərilib.

 

Pxenyan “Sony Pictures”ə olan kiberhücumlara görə məsuliyyəti öz üzərinə götürməsə, bu addımı atanlara simpatiya bəslədiyini açıqlayıb.

 

Qeyd edək ki, ABŞ hakimiyyəti əmindir ki, adıçəkilən şirkətin kompüterlərinə olan kiberhücumlar Şimali Koreya lideri Kim Çen Ina qarşı sui-qəsddən bəhs olunan “Müsahibə” filminə görə təşkil olunub.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar