İran və Azərbaycan arasında müştərək film çəkiləcək
23.02.2018 1279 0.0 0

"İran və Azərbaycan arasında müştərək film çəkiləcək".

Qazeta.info "Report"-a istinadla xəbər verir ki, bunu İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanı İran Kino Günlərinin açılışında deyib.

Onun sözlərinə görə, İran və Azərbaycanın müştərək mədəniyyəti olduğundan İran filmləri Azərbaycan üçün qəbul edilir: "İki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsini çox istəyirik. Heç bir ölkə ilə bu cür yaxşı mədəni əlaqələrimiz yoxdur. Ötən il İranda Azərbaycan mədəniyyət günləri keçirilmişdi. Bu gün İran filmləri dünyada diqqət mərkəzindədir, hətta Oskara layiq görülür. Azərbaycan da film sahəsində yaxşı nailiyyətlər əldə edib. Azərbaycan filmlərinin İranda nümayiş olunmasını istəyirik".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar