İran son 2 ayda Azərbaycandan Hepatit C virusu ilə müraciət edənlərin sayını açıqlayıb
05.09.2017 859 0.0 0

“Azərbaycan Respublikasından Təbriz xəstəxanalarına hər gün vətəndaşlar müxtəlif xəstəliklərlə bağlı müraciət edirlər”.

 

Mlumataə görə, bunu İran səhiyyə nazirinin xüsusi nümayəndəsi, Təbriz Tibb Universitetinin rektoru, doktor Məhəmmədhüseyn Somi Təbrizdə səfərdə olan Azərbaycan media nümayəndələri ilə görüşündə deyib.

 

M. Somi Bakıya tez-tez səfər etdiyini deyərək, iki ölkə arasında səhiyyə sahəsində münasibətlərin inkişaf etdiyi deyib. O bildirib ki, Azərbaycan vətəndaşları Təbriz xəstəxanalarına, əsasən, Hepatit C, qaraciyər xəstəlikləri və hamiləlik problemləri ilə bağlı müraciət edirlər: “Təsadüfi deyil ki, son iki ayda Azərbaycandan 11 nəfər Hepatit C virusu ilə bağlı bizə müraciət edib. Biz onları müalicə etmişik, onlar tam şəkildə sağalıblar”.

 

M. Somi son vaxtlar Azərbaycan səhiyyəsinin inkişaf etdiyi, müasir avadanlıqlarla təchiz edildiyini də vurğulayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar