İran Rusiya təyyarələrinin digər hərbi bazalardan da istifadə edə biləcəyini açıqlayıb
20.08.2016 708 0.0 0

“Rusiya təyyarələri Həmədandakı Şəhid Nuje bazasından nə qədər lazım olsa, o qədər istifadə edəcək”.

 

TASS-a istinadən verilən məlumata görə, bu sözləri İranın müdafiə naziri Hüseyn Dehqan deyib. O bildirib ki, ehtiyac olsa, İran Rusiyaya digər İran bazalarını da istifadə etmək imkanını yarada bilər.

 

Xatırladaq ki, bu həftə ilk dəfə Rusiya hərbçiləri Suriyadakı terrorçulara aviazərbə endirmək üçün İran aerodromundan istifadə ediblər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar