İNDONEZİYA TƏYYARƏSİ 162 NƏFƏR SƏRNİŞİNLƏ QƏZAYA UĞRADI (YENİLƏNDİ)
28.12.2014 859 0.0 0

İndoneziya Nəqliyyat Nazirliyi, təyyarə ilə əlaqənin "Cava dənizi" üzərində kəsildiyini, axtarış işlərinin bu nöqtədə artırıldığını açıqladı.

Hava limanı ilə ünsiyyətin kəsilməsindən qısa bir müddət əvvəl pilotun anı olaraq başqa bir marşrut dəyişikliyi tələbində olduğu bildirilir. Şimşəkli və fırtınalı hava səbəbiylə pilotun daha yüksəkdən uçmaq üçün icazə istədiyi bildirilir. Pilotun sıx buludlardan qaçmaq üçün 6 min feet yüksəklikdən 38 minə çıxmaq üçün icazə istədiyi açıqlanıb.

Xatırladaq ki, qəza edən təyyardəki Sərnişinlər arasında 16 uşaq və 1 körpənin olduğu bildirilir.

Sərnişinlərin vətəndaşlarının da tərkib hissəsi dəqiqləşdirilməyə başlayıb. Təyyarədə 149 İndoneziyalı, 3 Koreyalı, 1 Singapurlu, 1 İngilis və 1 Malayziyalı sərnişin olduğu bildirilir.

Bu arada Malayziyaya bağlı hava yolu şirkəti "AirAsia", böhran masası yaradıldığını, sərnişinləri üçün axtarış və xilasetmə işinə başladığlarını açıqlayıb.

                                                     *****
İndoneziyaya məxsus sərnişin təyyarəsi Sumatra adasının şərq sahillərində radarlardan itib. Məlumata görə, təyyarənin İndoneziya sahillərində dənizə düşdüyü ehtimal edilir.

 

Lakin İndoneziya Nəqliyyat Nazirliyinin təyyarənin sərnişinlərinin həlak olduğu barədə hələlik rəsmi açıqlama verməkdən çəkinirlər.

"Bu saata təyyarə ilə əlaqənin itməsindən başqa hər hansı məlumatı təsdiqləmə üçün əlimizdə əsas yoxdur", - İndoneziya Nəqliyyat Nazirliyinin Hava Nəqliyyat İdarəsinin baş direktoru Coko Murcatmo bildirib.

İndoneziya Nəqliyyat Nazirliyində qeyd ediblər ki, təyyarə ilə əlaqə 6 saat əvvəl kəsilib və hazırda hava gəmisinin havada olmadığı dəqiqidir.

"AirAsia" aviaşirkətinə məxsus "Airbus A312" təyyarəsi İndoneziyanın Surabay şəhərindən Sinqapura uçurmuş.

Təyyarədə 17-si uşaq olmaqla, 155 sərnişin və 7 ekipaj üzvü olub. Artıq təyyarənin düşdüyü ehtimal edilən ərazidə axtarış-xilastmə işlərinə başlanıb .// APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar